Ermənilər Rusiya Müdafiə nazirliyinin Qarabağdakı sülhməramlı kontinqentinin rəhbəri Rüstəm Muradova absurd müraciət ünvanlayıblar.
Belə ki, Kəlbəcər rayonunun Heyvalı kəndində yaşıyan ermənilər Rüstəm Muradova Ağdərədən Ermənistanın Vardenis şəhərinə təhlükəsiz hərəkət üçün şərait yaradılmasını xahiş ediblər. Sakinlər yazılı müraciəti sülhməramlılara təqdim ediblər.
Politoloq Anar Əliyev Baku TV-yə bildirib ki, Qarabağda yaşayan ermənilərlə Ermənistanın əlaqəsi hələ ki, Laçın dəhlizi ilə baş tutacaq:
“Laçın şəhəri tam təhvil verildikdən sonra yeni bil yol çəkiləcək. O yol vasitəsilə Qarabağda yaşayan ermənilər istifadə edəcəklər. Hər hansı başqa bir iddialar Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatına ziddir və bu prosesi pozmağa hesablanıb”.