AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Süvəlanda hərbi sursatlar tapıldı - Video

  • + A
  • - A
  • 26-11-2023, 15:00

    Süvəlanda hərbi sursatlar tapıldı - Video

    Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində hərbi sursatlar aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 10 ədəd 9 mm-lik mərmi olduğu müəyyən edilib.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR