AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub

  • + A
  • - A
  • Bu gün, 13:35

    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub

    Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Ufa və Samara şəhərlərində yerləşən iki neft emalı zavoduna zərbələr endirdiyini açıqlayıb.

    Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

    Bildirilib ki, sentyabrın 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Başqırdıstan Respublikasının Ufa şəhərində yerləşən “Başneft-UNPZ” neft emalı zavodunu vurub. Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verdiyi qeyd olunub.

    Məlumata görə, zavod ildə təxminən 7,5 milyon ton neft emal etmək gücünə malikdir. Müəssisədə benzin, dizel və qazan yanacağı, mayeləşdirilmiş qaz, kükürd və digər neft məhsulları istehsal olunur.

    Ukrayna tərəfinin məlumatına görə, hücuma məruz qalan digər obyekt Samara vilayətinin Samara şəhərində yerləşən Kuybışev neft emalı zavodu olub. Müəssisənin ərazisində də yanğın qeydə alınıb.

    Qeyd olunub ki, “Kuybışev” neft emalı zavodu “Rosneft” şirkətinin strukturuna daxildir və Samara vilayətinin ən iri neft emalı müəssisələrindən biridir. Zavodun illik neft emalı gücü təxminən 7 milyon ton təşkil edir. Müəssisədə benzin, dizel yanacağı, mazut və 30-dan çox digər neft məhsulu istehsal olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR