“19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi Şamaxıda yolları qar və buzdan təmizləyir. Bu dəfə Şamaxı rayonu Nağaraxana-Pirqulu-Dəmirçi-Avaxıl kənd yoluna qum və duz qarışığı tökülüb. Eyni zamanda, Şamaxı rayonunun Qaleybuğurd kənd yolunu qar və buzdan təmizləyib Həmçinin “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti Şamaxı rayonu Çuxuryurd-Dəmirçi kənd yolunda təmizlik işləri də aparıb. Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur. Həm sürücülər, həm də sərnişinlər təhlükəsiz formada hərəkət edir