İsrailin Müdafiə Ordusu və xüsusi xidmət orqanı HƏMAS-ın "Nuhba" bölməsinin komandiri Zakar Əbu Kərimi zərərsizləşdirib.
Bu barədə ordunun nümayəndəsi xəbər verib.
Məlumata görə, Əbu Kərim 7 oktyabr 2023-cü il hadisələri zamanı Kisufim kibutsuna (İsrailin kənd təsərrüfatı kommunası - red) basqının liderlərindən biri olub.
"O, Qəzza zolağında müharibə boyunca İsrailin Müdafiə Ordusu qüvvələrinə qarşı terror əməliyyatları təşkil edib və həyata keçirib. Bu yaxınlarda atəşkəs müqaviləsini pozub, evində çoxlu sayda silah saxlayıb, təşkilatı yenidən qurmağa və gələcək hücumlara hazırlıq üçün təlim təlimləri keçirməyə çalışıb", - İsrail hərbçiləri bildirib.
Həmçinin qeyd olunur ki, Əbu Kərimlə birlikdə HƏMAS-ın başqa terrorçusu da öldürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.