AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib

  • + A
  • - A
  • Bu gün, 08:43

    KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib

    ABŞ administrasiyası İsrailin Beyrut yaxınlığında “Hizbullah” hədəfinə endirdiyi zərbəyə əvvəlcədən razılıq vermədiyini açıqlayıb.

    Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid yüksək vəzifəli amerikalı rəsmiyə istinadən "X"hesabında yazıb.

    Mənbənin sözlərinə görə, Ağ Ev İsrailin Beyruta endirdiyi zərbə üçün “yaşıl işıq” yandırmayıb.

    Digər mənbə isə ABŞ-ın həmin əməliyyatla heç bir əlaqəsinin olmadığını bildirib.

    Qeyd edək ki, iyunun 7-də İran İsrailin şimalına raket hücumu həyata keçirib. İsrail ordusu bütün raketlərin zərərsizləşdirildiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR