HAYFA VƏ QOLAN TƏPƏLƏRİ HƏDƏF ALINDI

İrana yaxın mənbələrin məlumatına görə, İran raketləri İsrailin Hayfa şəhərinin sənaye zonasına və Qolan təpələri istiqamətinə zərbələr endirib.
Məlumatı "Pars Today Russian" teleqram kanalı yayıb. Bildirilir ki, raket hücumları nəticəsində qeyd olunan ərazilərdə partlayışlar qeydə alınıb.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı cavab əməliyyatı həyata keçirdiyini açıqlamışdı. Qurumun bəyanatına görə, hücumların əsas hədəfləri İsrailin cənubunda yerləşən Nevatim Aviabazası və Tel-Nof Aviabazası olub.
SEPAH bu zərbələrin İsrail tərəfinin son hərbi əməliyyatlarına cavab olaraq endirildiyini bildirib. Hadisə ilə bağlı İsrail rəsmilərinin rəsmi açıqlaması hələlik yayılmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.