AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Guardian: Marko Rubio sülh üçün Tramp qədər təhlükəli ola bilər

  • + A
  • - A
  • Bu gün, 08:03

    Guardian: Marko Rubio sülh üçün Tramp qədər təhlükəli ola bilər


    ABŞ dövlət katibi Marko Rubionun siyasəti və Donald Tramp administrasiyasındakı rolu ciddi tənqidlərə məruz qalıb.
    “Guardian” qəzetinin yazdığına görə, həllini tapmamış İran münaqişəsi, Qəzzadakı vəziyyət və Ukraynada davam edən müharibə ABŞ administrasiyasının xarici siyasətinin qarşısında ciddi problemlər yaradıb.

    Məqalədə bildirilir ki, belə bir vəziyyətdə peşəkar diplomatiyaya ehtiyac əvvəlkindən daha çoxdur. Lakin Marko Rubio ənənəvi diplomatik yanaşmadan fərqli olaraq, daha çox ABŞ-ın hərbi və siyasi gücünün nümayiş etdirilməsinə üstünlük verir.
    Nəşr Rubionu ABŞ-ın əvvəlki dövlət katibləri Hillari Klinton, Entoni Blinken və Con Kerridən fərqləndirir. Qeyd olunur ki, Rubio sülh proseslərinə daha az vaxt ayırır və Trampın “qəbul et, ya da imtina et” yanaşmasına uyğun ultimativ siyasət yürüdür.

    “Guardian” yazır ki, Rubio ABŞ-ın dünya siyasətində üstünlüyünü müdafiə edən daha sərt və imperiya xarakterli yanaşma nümayiş etdirir. Məqalədə onun fevral ayında Münhendəki çıxışına da istinad olunur. Rubio həmin çıxışında Qərbin keçmiş imperiyalarının zəifləməsindən danışıb və Avropanın “sivilizasiyanın silinməsi” təhlükəsi ilə üzləşdiyini bildirib.

    Məqalədə Rubionun siyasi mövqelərində dəyişikliklərə də diqqət çəkilir. Bildirilir ki, o, senator olduğu dövrdə Çinə qarşı sərt mövqe nümayiş etdirib, Rusiyanı kəskin tənqid edib və xarici yardımı müdafiə edib. Dövlət katibi olduqdan sonra isə Tramp administrasiyasının Pekin və Moskva ilə bağlı daha fərqli siyasətini dəstəkləyib.

    Nəşr həmçinin Rubionun İran məsələsindəki mövqeyinin dəyişdiyini vurğulayır. O, əvvəllər Barak Obamanın İranın nüvə proqramı ilə bağlı sazişini sərt şəkildə tənqid etsə də, hazırda Tehrana müəyyən güzəştlərin nəzərdə tutulduğu yeni razılaşmanı dəstəkləyir.

    “Guardian”ın fikrincə, Rubio ABŞ-ın Ukrayna və Yaxın Şərqdəki sülh danışıqlarında daha fəal rol oynaya bilər. Məqalədə qeyd olunur ki, Vaşinqtonun həm Rusiya, həm də Ukrayna üzərində təsir imkanları olduğundan, ABŞ müharibənin dayandırılması istiqamətində daha ciddi nəticə əldə edə bilər.

    Qəzet Rubionun İranla danışıqlara da daha fəal müdaxilə etməsinin vacibliyini vurğulayır. Bunun Yaxın Şərqdə gərginliyin azalmasına, enerji bazarlarının sabitləşməsinə və ABŞ iqtisadiyyatına müsbət təsir göstərə biləcəyi bildirilir.
    Məqalənin müəllifinin fikrincə, Rubio bütün bu imkanlardan istifadə etməsə, Donald Trampdan sonra ABŞ administrasiyasının “ən təhlükəli şəxsi”nə çevrilə bilər. Buna səbəb kimi onun Trampın ən sərt siyasət meyllərini dəstəkləməsi və bu siyasətə daha “rasional” görüntü verməsi göstərilir.

    “Guardian” Rubionun 2028-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün güclü mövqeyə sahib ola biləcəyini də qeyd edir.
    Məqalənin sonunda isə Rubionun mövqeyini yenidən dəyişə və daha prinsipial diplomatik xətt seçə biləcəyi istisna edilmir. Qəzetin fikrincə, onun qarşısında seçim var: ya mövcud siyasəti davam etdirərək Trampın xəttini gücləndirmək, ya da diplomatik imkanlarından istifadə edərək Ukrayna, İran və Yaxın Şərqdə münaqişələrin həllinə töhfə vermək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR