AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nyu-Cersidə çimərlikdə ata və oğul 3,6 milyon illik meqalodon dişi tapıb

  • + A
  • - A
  • Bu gün, 08:07

    Nyu-Cersidə çimərlikdə ata və oğul 3,6 milyon illik meqalodon dişi tapıb

    ABŞ-ın Nyu-Cersi ştatının sahilində ata və oğul tarixə qədər yaşamış nəhəng meqalodona aid fosilləşmiş diş aşkarlayıblar.
    Pensilvaniyadan istirahət üçün Si-Ayl-Sitiyə gələn 42 yaşlı Maykl Bauers 11 yaşlı oğlu Bou ilə birlikdə sahildə gəzərkən dalğaqıranın yaxınlığında dar bir yarıqda böyük diş görüb.
    Bauers dişi yarıqdan çıxarmaq üçün əlini içəri sala bilməyib. Lakin oğlu Bo bunu bacarıb və tapıntını götürüb.
    “Belə bir şey tapmaq mənim arzu siyahımda idi. Dizlərim əsirdi”, – Bauers deyib.

    Ata və oğul tapdıqları dişi Keyp Mey Balina və Delfinlərin Müşahidəsi və Tədqiqat Mərkəzinə aparıblar. Mütəxəssislər onun həqiqi fosil olduğunu təsdiqləyiblər.

    Tədqiqat mərkəzinin direktoru Melissa Laurinonun sözlərinə görə, diş təxminən 3,6 milyon il əvvəl nəsli kəsilmiş meqalodona məxsusdur. Bu nəhəng yırtıcı köpəkbalığının uzunluğu 18 metrə qədər çatıb.

    Mütəxəssislər bildirirlər ki, Nyu-Cersidə meqalodona aid fosillərə olduqca nadir hallarda rast gəlinir. Nyu-Cersi Ştat Muzeyinin kuratoru Dana Ehertin sözlərinə görə, ştat ərazisində indiyədək beşdən az meqalodon dişi aşkar edilib.
    Tədqiqatçılar hesab edirlər ki, tapılan diş iyul ayında ABŞ Ordu Mühəndisləri Korpusunun Si-Ayl-Sitidə çimərlikdə qum ehtiyatlarının bərpası məqsədilə apardığı işlər zamanı dənizin dibindən üzə çıxıb.

    Meqalodon Yer kürəsində yaşamış ən böyük köpəkbalığı növlərindən biri hesab olunur. Onun nəhəng ölçüsü və yırtıcı xüsusiyyətləri xüsusilə Hollivud filmləri sayəsində geniş ictimaiyyət arasında böyük maraq doğurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR