AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan Xəzərdə neft-qaz obyektlərinin antiterror mühafizəsini gücləndirir

  • + A
  • - A
  • Bu gün, 22:18

    Qazaxıstan Xəzərdə neft-qaz obyektlərinin antiterror mühafizəsini gücləndirir


    Qazaxıstan Xəzərdə neft-qaz obyektlərinin antiterror mühafizəsini gücləndirir

    Qazaxıstan Xəzər dənizinin ölkəyə aid sektorunda yerləşən neft-qaz obyektlərinin antiterror mühafizəsinə dair tələbləri sərtləşdirib.

    Qazaxıstan Energetika Nazirliyinin 6 avqust 2026-cı il tarixli əmrinə əsasən, Xəzərdə hasilat fəaliyyəti həyata keçirən şirkətlər dəniz terrorizmlə mübarizə üzrə operativ qərargahının tələbi ilə istehsal obyektlərinin yaxınlığında onun qüvvə və vasitələrinin yerləşdirilməsi üçün şərait yaratmalıdır.

    Qərargahın qüvvələrinin yerləşdirilməsi üçün mobil dəniz obyektlərindən də istifadə edilə bilər. Müəyyən edilmiş tələblərə görə, yerləşdirmə məntəqəsində ən azı 10 əməkdaş üçün şərait və helikopter meydançası olmalıdır. Bundan əlavə, həmin məntəqə dənizdəki istehsal obyektlərindən 23 kilometrdən uzaqda yerləşməməlidir.

    Qərargahın yerləşdirilməsi və fəaliyyətinin təmin edilməsi ilə bağlı sənədlə təsdiqlənmiş xərclər də şirkətlər tərəfindən qarşılanacaq. Xərclərin həcmi və ödənilməsi qaydası tərəflərin razılığı ilə Qazaxıstanın mülki qanunvericiliyinə uyğun müəyyənləşdiriləcək.

    Dəyişikliklər neft-qaz sənayesinin terror baxımından həssas obyektlərinin antiterror mühafizəsinin təşkili üzrə təlimata daxil edilib.

    Yeni qaydalar 17 oktyabr 2026-cı ildən qüvvəyə minəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR