AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail ordusunun komandanı Suriyadakı düşmən qüvvələrə zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib

  • + A
  • - A
  • Bu gün, 22:24

    İsrail ordusunun komandanı Suriyadakı düşmən qüvvələrə zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib


    İsrail ordusunun komandanı Suriyadakı düşmən qüvvələrə zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib

    İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ölkəsinin sərhədləri yaxınlığında düşmən qüvvələrin möhkəmlənməsinə imkan verməyəcəyini bildirib.

    AFP xəbər verir ki, Zamir bu barədə çərşənbə günü İsrailin nəzarətində olan Suriyanın cənubundakı təhlükəsizlik zonasına səfəri zamanı hərbçilərlə görüşündə danışıb.

    “Biz Suriya istiqamətində baş verən dəyişiklikləri izləyirik. Düşmən qüvvələrin sərhədlərimiz yaxınlığında möhkəmlənməsinə imkan verməyəcəyik. Lazım gəldikdə operativ imkanlarımızdan nə vaxt və harada dəqiq istifadə edəcəyimizi biləcəyik”, – deyə İsrail ordusunun Baş Qərargah rəisi vurğulayıb.

    Zamirin açıqlaması İsrailin Suriyanın şimal-qərbində, İdlib əyalətində yerləşən Əbu-Duhur aviabazasına zərbə endirməsindən bir gün sonra səslənib.
    İsrail tərəfi bildirib ki, zərbənin məqsədi Türkiyə hərbçilərinin aviabazada yerləşdirilməsinin qarşısını almaq olub. İsrail bunu bölgədə formalaşmış təhlükəsizlik nizamının pozulması kimi qiymətləndirir.

    Hücum Türkiyənin sərt reaksiyasına səbəb olub və ABŞ tərəfindən də pislənib. Vaşinqton İsrailin hücumunu “lazımsız eskalasiya” adlandırıb.

    ABŞ həmçinin İsrail, Suriya və Türkiyə arasında mümkün qarşıdurmaların qarşısını almaq üçün mexanizm üzərində çalışdığını açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR