AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Trampın bəyanatına cavab olaraq Kaliforniyanı “öz ərazisi” elan etdi

  • + A
  • - A
  • Bu gün, 16:18

    İran Trampın bəyanatına cavab olaraq Kaliforniyanı “öz ərazisi” elan etdi


    İran Trampın bəyanatına cavab olaraq Kaliforniyanı “öz ərazisi” elan etdi

    İran ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı “yeni ABŞ ərazisi” ifadəsinə istehzalı cavab verib.
    İranın Hindistanın Heydərabad şəhərindəki baş konsulluğu sosial şəbəkədə ABŞ xəritəsini paylaşaraq Kaliforniyanı “İran İslam Respublikasının yeni ərazisi” kimi göstərib.

    Bu paylaşım Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarından sonra yayılıb. ABŞ prezidenti strateji su yolunu “yeni ABŞ ərazisi” kimi təqdim edən xəritə paylaşmışdı.
    İran tərəfinin Kaliforniya ilə bağlı paylaşımı Trampın bu addımına simvolik və istehzalı cavab kimi qiymətləndirilir.

    Kaliforniyada böyük İran diasporunun yaşaması da bu paylaşımın seçilməsində diqqət çəkən məqamlardan biridir.

    Hörmüz boğazı ətrafında ABŞ və İran arasında gərginlik son günlər daha da artıb. Boğaz dünyanın əsas neft daşımaları marşrutlarından biri olduğundan, tərəflər arasında yaranan qarşıdurma beynəlxalq enerji bazarlarında və dəniz nəqliyyatında ciddi narahatlıq doğurur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR