AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan jurnalistləri Səmərqənddə Registan meydanını ziyarət ediblər

  • + A
  • - A
  • Bu gün, 16:23

    Azərbaycan jurnalistləri Səmərqənddə Registan meydanını ziyarət ediblər


    Azərbaycan jurnalistləri Özbəkistana mediatur çərçivəsində Səmərqənddəki Registan meydanını ziyarət ediblər.

    Jurnalistlər meydanın üç məşhur mədrəsəni - Uluqbəy, Şerdor və Tilla-Karini özündə birləşdirən memarlıq ansamblı ilə tanış olublar.

    İştirakçılara kompleksin yaradılma tarixi, onun regionda elm, təhsil və mədəniyyətin inkişafındakı rolu, eləcə də binaların memarlıq xüsusiyyətləri barədə məlumat verilib.

    XV əsrdə Mirzə Uluqbəyin hakimiyyəti dövründə inşa edilmiş Uluqbəy mədrəsəsinə xüsusi diqqət yetirilib. Jurnalistlərə burada həyata keçirilən elmi-təhsil fəaliyyəti barədə danışılıb.

    Azərbaycan mediasının nümayəndələri həmçinin binaların zəngin şəkildə bəzədilmiş fasadlarına, mozaik pannolara, ornamentlərə və Səmərqəndin orta əsrlər memarlığının səciyyəvi xüsusiyyətlərini qoruyub saxlayan mədrəsələrin daxili həyətlərinə baxış keçiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR