AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Qətərə 4,5 milyard dollar dəyərində yanacaqdaşıyan təyyarələrin satışını təsdiqləyib.

  • + A
  • - A
  • Dünən, 23:08

    ABŞ Qətərə 4,5 milyard dollar dəyərində yanacaqdaşıyan təyyarələrin satışını təsdiqləyib.


    ABŞ Qətərə 4,5 milyard dollar dəyərində yanacaqdaşıyan təyyarələrin satışını təsdiqləyib.

    ABŞ Qətərə dörd ədəd KC-46A yanacaqdaşıyan təyyarəsinin mümkün satışını təsdiqləyib. Sövdələşmənin ümumi dəyəri 4,5 milyard dollar təşkil edir. Bu barədə ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi bildirişdə qeyd olunur. Məlumatı “Al Arabiya” yayıb.

    ABŞ tərəfinin qiymətləndirməsinə görə, bu razılaşma Vaşinqtonun mühüm strateji tərəfdaşı və Yaxın Şərqdə siyasi sabitliyə təsir edən ölkə kimi qiymətləndirdiyi Qətərin təhlükəsizliyini gücləndirəcək.

    Təyyarələrin Qətərə tədarükü ölkənin mövcud və gələcək təhdidlərə qarşı mübarizə imkanlarını genişləndirəcək, həmçinin regional təhlükəsizliyin təmin olunmasında rolunu artıracaq.

    Sövdələşmənin əsas podratçıları “Boeing”, “Pratt & Whitney Military Engines”, “RTX Corporation” və “Northrop Grumman Corporation” olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR