AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Liberiyanın keçmiş vitse-prezidentinə narkotik ittihamı irəli sürülüb

  • + A
  • - A
  • Dünən, 23:10

    Liberiyanın keçmiş vitse-prezidentinə narkotik ittihamı irəli sürülüb

    Liberiyanın keçmiş vitse-prezidentinə narkotik ittihamı irəli sürülüb
    Liberiyanın keçmiş vitse-prezidenti Cewel Hovard-Teylora ölkə tarixində ən böyük narkotik müsadirəsi ilə bağlı araşdırma çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və digər cinayətlər üzrə ittiham irəli sürülüb. Bu barədə BBC News məlumat yayıb.

    63 yaşlı Hovard-Teylor çərşənbə günü Monroviyadakı Roberts hava limanında ölkədən çıxmağa hazırlaşarkən saxlanılıb. Liberiyanın Ədliyyə Nazirliyi onun saxlanıldığını təsdiqləyib.
    Liberiya polisinin rəhbəri Qreqori Koulmanın sözlərinə görə, istintaq iyul ayında ölkədə rekord həcmdə kokain müsadirə edilməsi ilə əlaqəlidir. Təxminən 4 ton kokainin Avropaya göndərilməsinin planlaşdırıldığı ehtimal edilir. Müsadirə olunan narkotikin ümumi dəyərinin 317 milyon dollar olduğu bildirilir.
    Hovard-Teylora nəzarət olunan maddələrin qanunsuz idxalı, satışı və daşınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, cinayətə təhrik və cinayətkar fəaliyyətə yardım göstərmə ittihamları irəli sürülüb.

    Keçmiş vitse-prezident ittihamlarla bağlı hələlik açıqlama verməyib. Onun vəkili isə ittihamlar məhkəmədə rəsmi şəkildə elan edilməyənədək şərh verə bilməyəcəyini bildirib.
    İstintaq çərçivəsində daha üç xarici vətəndaşa da qiyabi ittiham irəli sürülüb. Onların ikisinin Xorvatiya, birinin isə Ukrayna vətəndaşı olduğu bildirilir. Liberiya hakimiyyəti həmin şəxslərin axtarışa veriləcəyini və saxlanılmaları üçün tədbirlər görüləcəyini açıqlayıb

    Cewel Hovard-Teylor Liberiyanın siyasi həyatına keçmiş həyat yoldaşı, ölkənin sabiq prezidenti Çarlz Teylor dövlət başçısı vəzifəsini tərk etdikdən sonra daxil olub. O, 2018-ci il prezident seçkilərində Corc Vea ilə birlikdə seçki kampaniyasında iştirak edib və 2024-cü ilədək ölkənin vitse-prezidenti vəzifəsini tutub.

    Hakimiyyətin məlumatına görə, araşdırmanın məqsədi yalnız narkotik daşınmasında iştirak edən şəxsləri müəyyənləşdirmək deyil. İstintaqçılar həmçinin narkotik şəbəkəsinin maliyyəçilərini, təşkilatçılarını və əməliyyata mümkün himayə və ört-basdır təmin edən şəxsləri müəyyən etməyə çalışırlar.

    İstintaq zamanı Liberiyanın hüquq-mühafizə orqanlarının yüksək vəzifəli nümayəndələrinin də beynəlxalq narkotik şəbəkəsi ilə mümkün əlaqələri araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR