AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ İRANLA İQTİSADİ ƏLAQƏLƏRİ SAXLAYAN ÖLKƏLƏRİ YENİ SANKSİYALARLA HƏDƏLƏYİB

  • + A
  • - A
  • Bu gün, 22:19

    ABŞ İRANLA İQTİSADİ ƏLAQƏLƏRİ SAXLAYAN ÖLKƏLƏRİ YENİ SANKSİYALARLA HƏDƏLƏYİB


    ABŞ İranla iqtisadi əlaqələrini davam etdirən ölkələrə qarşı yeni və daha sərt sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
    ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent bildirib ki, Vaşinqton İranla iqtisadi əməkdaşlığı dayandırmaq istəməyən ölkələrə qarşı “ağrılı” yeni məhdudiyyətlər tətbiq edə bilər. Bununla belə, ABŞ hələlik Donald Tramp administrasiyasının daha əvvəl vəd etdiyi ən sərt sanksiyaları tətbiq etməyib.

    Bessent qeyd edib ki, Vaşinqton digər ölkələrlə münasibətlərdə ilk növbədə sakit diplomatiyaya üstünlük verir. Onun sözlərinə görə, ABŞ hər bir ölkə ilə məsləhətləşmələr aparır və Vaşinqtonun gözləntilərini onlara çatdırır.
    ABŞ administrasiyası İrana qarşı təzyiqləri artırmaq məqsədilə sanksiyaların tətbiq oluna biləcəyi fəaliyyət sahələrinin siyahısını da genişləndirib.

    Yeni məhdudiyyətlərin rəqəmsal aktivlər, texnologiyalar və gəmiçilik kimi sahələri əhatə edəcəyi bildirilir. ABŞ Maliyyə Nazirliyi hesab edir ki, Tehran bu sektorlardan iqtisadiyyatını dəstəkləmək və beynəlxalq təzyiqlərdən yayınmaq üçün istifadə edir.
    Bundan başqa, Vaşinqton digər dövlətlərə İranla iqtisadi əlaqələri dayandırmaları üçün konkret müddətlər müəyyənləşdirməyi planlaşdırır.

    Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin rəhbəri daha əvvəl İrana qarşı genişmiqyaslı iqtisadi təzyiq kampaniyasına başlayacaqlarını açıqlamışdı. Lakin Vaşinqton hələlik ən sərt tədbirləri tətbiq etmək əvəzinə, dünya üzrə tərəfdaşlarla əməkdaşlığa üstünlük verdiyini bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR