AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Latviya sentyabrın 1-dən Rusiya və Belarusdan kitab, geyim və oyuncaq idxalını qadağan edəcək

  • + A
  • - A
  • Dünən, 22:30

    Latviya sentyabrın 1-dən Rusiya və Belarusdan kitab, geyim və oyuncaq idxalını qadağan edəcək


    Latviya 1 sentyabr 2026-cı ildən Rusiya və Belarusdan bir sıra sənaye məhsullarının idxalını qadağan edəcək. Bu barədə ölkə Nazirlər Kabinetinin çərşənbə axşamı qəbul etdiyi qaydalara istinadən Delfi məlumat yayıb.

    Yeni məhdudiyyətlər yalnız Rusiyadan və Belarusdan birbaşa idxal olunan məhsullara deyil, həmin ölkələrdə istehsal edilərək digər dövlətlər vasitəsilə Latviyaya gətirilən mallara da şamil olunacaq.

    Qadağa aşağıdakı məhsulları əhatə edəcək:

    çap kitabları, qəzetlər və digər poliqrafiya məhsulları;
    geyim və hazır tekstil məmulatları;
    ayaqqabı;
    baş geyimləri;
    oyuncaqlar və oyunlar;
    idman ləvazimatları.
    Latviya Seymi müvafiq qərarı hələ iyulun sonunda təsdiqləyib. Hökumətin qəbul etdiyi yeni qaydalar isə qadağanın 1 sentyabr 2026-cı ildən qüvvəyə minməsini müəyyənləşdirir.

    Latviya hakimiyyətinin bildirdiyinə görə, məhdudiyyətlərin tətbiqində əsas məqsədlər ölkənin təhlükəsizliyini gücləndirmək, Rusiya və Belarusun ixracdan əldə etdiyi gəlirləri azaltmaq və Rusiyanın təbliğat materiallarının Latviyaya daxil olmasının qarşısını almaqdır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR