“İranın Ali Rəhbərinin sağ olduğu, lakin ağır yaralandığı bildirilib”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “The Glenn Beck Program” verilişinə müsahibəsində bəyan edib.
Tramp müsahibə zamanı İranın Ali Liderinin vəziyyətinə toxunub:
“Onun öldüyünü düşünmürəm. O, çox ciddi şəkildə yaralanıb”.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Birləşmiş Ştatlar və İran arasındakı müharibənin “kifayət qədər tezliklə” başa çatacağını bildirib. Trampın sözlərinə görə, strategiya baxımından mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazı artıq açıqdır və hazırda oradan çoxlu sayda gəmi keçir.
“Biz onların keçidinə şərait yaradırıq. Ərazidə minalar qalmayıb. Yəqin ki, dünən bu barədə verdiyimiz məlumatı görmüsünüz. Bütün minaları təmizləmişik və boğaz fəaliyyətini bərpa edib”, – deyə ABŞ lideri əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.