AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp ABŞ-da aralıq seçkiləri müşahidə etmək üçün ATƏT-i dəvət etməyib

  • + A
  • - A
  • Bu gün, 20:00

    Tramp ABŞ-da aralıq seçkiləri müşahidə etmək üçün ATƏT-i dəvət etməyib

    ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresə aralıq seçkilərini müşahidə etmək üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) dəvət etməyib.

    “The Hill” nəşrinin məlumatına görə, bu qərar Vaşinqtonun 20 ildən artıq müddətdə əməl etdiyi təcrübədən kənara çıxır.

    Ağ Evin sözçüsü Loren Biss bildirib ki, seçkilər ABŞ vətəndaşlarının iştirakı və müşahidəsi ilə keçiriləcək.

    ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası qərardan təəssüfləndiklərini bildiriblər. ATƏT PA-nın prezidenti Pere Xuan Pons qeyd edib ki, bu qərar iki onillikdən artıq müddətdə formalaşmış seçki müşahidəsi təcrübəsindən ciddi kənara çıxmadır.

    ATƏT 2002-ci ildən bəri ABŞ-da 12 federal seçkini, o cümlədən altı aralıq seçkini müşahidə edib. 2026-cı il seçkiləri təşkilatın ABŞ-da müşahidə aparmağa başladığı vaxtdan dəvət almadığı ilk federal seçkilər olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR