AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycana qarşı koordinasiyalı paylaşımlar

  • + A
  • - A
  • Bu gün, 11:35

    Azərbaycana qarşı koordinasiyalı paylaşımlar

    Media və Yayım Şurası sosial şəbəkələrdəki informasiya kampaniyalarına münasibət bildirib

    Şura sosial şəbəkələrdəki informasiya hücumlarına diqqət çəkdi

    Azərbaycan Respublikası Media və Yayım Şurası xarici ölkələrdə fəaliyyət göstərən bəzi ictimai fəalların, siyasətçilərin və rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında iştirak etdiyini açıqlayıb.

    Şuranın açıqlamasında bildirilib ki, bu fəaliyyətlər ictimai rəyin manipulyasiyasına, ölkənin daxili məsələlərinə müdaxiləyə və ictimai etimadın sarsıdılmasına yönəlib.

    Qeyd edilib ki, eyni yazı səhvləri ilə kütləvi paylaşımların edilməsi, oxşar şərhlərin təkrar yayılması və Azərbaycana aid olmayan foto-video materialların montaj edilərək paylaşılması koordinasiyalı trol hücumlarının xarakterik üsullarıdır.

    Açıqlamaya əsasən, xarici dilli hesabların Azərbaycan dilindəki həştəq altında qısa müddətdə 400-dən çox paylaşım etməsi, eləcə də eyni məzmunun dəfələrlə tirajlanması bu kampaniyaların manipulyativ xarakterini üzə çıxarır.

    Şura anonim hesablar vasitəsilə yayılan paylaşımların və vətəndaşları ictimai qaydanı pozmağa təşviq edən çağırışların qanunvericiliyə zidd olduğunu vurğulayıb.

    Bildirilib ki, İran və Türkiyədən, xüsusilə “Telegram”, “X” və “TikTok” platformaları üzərindən informasiya hücumlarının intensivləşməsi narahatlıq doğurur. Şura həmin ölkələrin media və sosial şəbəkələrində Azərbaycan haqqında əsassız və qərəzli məlumatların, təhdid və təhqirlərin yayılmasını da pisləyib.

    Açıqlamanın sonunda vətəndaşlara, media qurumlarına və sosial şəbəkə istifadəçilərinə həqiqətə uyğun olmayan məlumatları yaymamaq, manipulyativ kampaniyalara qarşı diqqətli olmaq və ölkənin nüfuzuna xələl gətirə biləcək cəhdlərə qarşı məsuliyyətli mövqe tutmaq tövsiyə edilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR