AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp demokratların seçkilərdəki nəticələrini yüksək qiymətləndirdi

  • + A
  • - A
  • Bu gün, 11:45

    Tramp demokratların seçkilərdəki nəticələrini yüksək qiymətləndirdi


    ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının Konqresə keçirilən seçkilərdə uğurlu nəticə göstərdiyini bildirib və partiya nümayəndələri ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

    Tramp Fox News telekanalına müsahibəsində demokratların seçkilərdə yaxşı mübarizə apardığını qeyd edib.

    “Demokratlar yaxşı çıxış etdilər. Onlar güclü mübarizə apardılar”, – deyə ABŞ Prezidenti bildirib.

    O, Politico nəşrinə müsahibəsində də demokratlarla əməkdaşlıq etməyə hazır olduğunu söyləyib. Trampın sözlərinə görə, seçkilərdən sonra Demokratlar Partiyasının bəzi nümayəndələri artıq onunla əlaqə saxlayıblar.

    “Ölkəmizdə işlərin düzgün getməsini təmin etmək üçün demokratlarla əməkdaşlıq edəcəyik”, – deyə Tramp vurğulayıb.

    ABŞ Prezidenti Konqresin qəbul etdiyi qanunlara veto qoymaq hüququna malik olduğunu da xatırladıb. Bununla belə, o, qarşıdakı iki il ərzində bütün təşəbbüslərə veto qoymaq məcburiyyətində qalmaq istəmədiyini bildirib.

    “Veto hüququm var, amma qalan iki ili sadəcə oturub hər şeyə veto qoymaqla keçirmək istəmirəm”, – deyə Tramp qeyd edib.

    Dövlət başçısı seçkilərin nəticələrinin onu müəyyən qədər təəccübləndirdiyini də etiraf edib. Onun sözlərinə görə, respublikaçıların daha yaxşı nəticə göstərəcəyini gözləyirdi.

    “Düşünürdüm ki, respublikaçılar daha yaxşı çıxış edəcəklər”, – deyə Tramp əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR