AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Norveçi dost olmayan ölkələr siyahısına daxil etdi

  • + A
  • - A
  • 3-08-2023, 13:22



    Rusiya hökuməti Norveçi Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlər siyahısına daxil edib.

    Bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilib.

    “Sərəncam Rusiya Federasiyası Prezidentinin “Xarici dövlətlərin qeyri-dost hərəkətlərinə təsir tədbirlərinin tətbiqi haqqında” fərmanının icrası üçün qəbul edilib. Fərman dost olmayan ölkələrin səfirliklər, konsulluqlar, dövlət orqanları və dövlət qurumları nümayəndəliklərinə Rusiya ərazisində olan şəxslər arasından işə götürmə imkanlarının tam qadağaya qədər məhdudlaşdırılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilib.

    Qeyd olunub ki, hökumətin təsdiq etdiyi siyahıda ölkələrin adları ilə yanaşı Rusiya ərazisində olan fiziki şəxslərin sayı da göstərilir ki, dost olmayan ölkələrin diplomatik nümayəndəlikləri, onların konsulluq idarələri, dövlət orqanlarının nümayəndəlikləri və dövlət qurumları onlarla əmək müqaviləsi bağlaya bilərlər.
    “Beləliklə, yeni sərəncama əsasən, Norveçə 27 nəfərlik limit təyin edilib”, - deyə Nazirlər Kabinetindən əlavə edilib.

    Mənbə: TASS


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR