AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dəmir Yollarında su böhranı - Reklam var, xidmət yoxdur

  • + A
  • - A
  • Bu gün, 21:13

    Azərbaycan Dəmir Yollarında  su böhranı - Reklam var, xidmət yoxdur


    Azərbaycan Dəmir Yolları son illər yeni qatarlar, yeni vaqonlar və parlaq reklam kampaniyaları ilə öyünür. Sosial şəbəkələrdə blogerlər vasitəsilə yaradılan ideal mənzərəni izləyəndə elə bilirsən ki, Avropanın ən müasir dəmir yolu sistemlərindən biri ilə qarşı-qarşıyasan.

    Amma sərnişinlərin yazdıqları tamam başqa mənzərə ortaya qoyur. İstidə saatlarla su tapa bilməyən insanlar, ekonom sinif sərnişinlərinin ketrinq xidmətindən faktiki olaraq kənarda qalması, köhnə və narahat oturacaqlardan şikayətlər, su üçün polis müdaxiləsinə qədər gedib çıxan mübahisələr...

    Qısaca desək, problem qatarların sürətində deyil, xidmətin sərnişinə çatmasındadır.

    Blogerlərə və reklam kampaniyalarına xərclənən vəsaitin bir hissəsi əlavə ketrinq əməkdaşlarına, vaqonlararası xidmətin təşkilinə və sərnişin məmnuniyyətinə yönəldilsə, bəlkə də insanlar sosial şəbəkələrdə haqlı narazılıq yox, təşəkkür yazıları paylaşardılar.

    Çünki sərnişin üçün ən yaxşı reklam çarxı influencer paylaşımı deyil, səfər boyu tapılan bir butulka sudur.
    Xatırladaq ki, ötən həftə də sərnişinlər kofe içməyə qaynar su tapılmadığından ADY-dan şikayətçi idilər.

    Yezidə lənət, ADY vaqonlarında su böhranı yaşayır.

    Elnurə Abuşova

    [



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR