AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sərt karantin günlərində cərimələnənlərin sayını AÇIQLANDI

  • + A
  • - A
  • 8-06-2020, 10:14

    Sərt karantin günlərində cərimələnənlərin sayını AÇIQLANDI


    Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.06.2020-ci il saat 00:00-dan 08.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2524 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 218 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 2776 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR