AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB sədri hansı xəstələrin evdə müalicə olunacaqlarını açıqladı

  • + A
  • - A
  • 18-06-2020, 21:00

    TƏBİB sədri hansı xəstələrin evdə müalicə olunacaqlarını açıqladı

    “Qısa müddət sonra koronavirus xəstələrinin evdə müalicəsinin tətbiqinə başlamağı planlaşdırırıq”.

    AzadMedia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

    O bildirib ki, bununla bağlı növbəti brifinqdə daha ətraflı məlumat veriləcək:

    “İlkin məlumat üçün deyim ki, artıq bütün hazırlıqlar görülüb. Bura heç bir simptomu olmayan və ya zəif olan xəstələr daxil ediləcək. Təbii ki, həmin şəxsləri poliklinika da müşahidə altında saxlayacaq. Dünya praktikasına baxsaq, hətta orta ağır xəstələrin də evdə müalicə olunduğunu görərik. Biz orta ağır və daha artıq risk qrupu olan, 45 yaşdan yuxarı şəxsləri xəstəxanaya gətirəcəyik. 45 yaşdan aşağI, simptomu zəif olan xəstələr evdə müalicə olunacaq. Poliklinikalarda xüsusi elektron xidmət tətbiq olunacaq.

    Poliklinikalar gündə iki dəfə müxtəlif vaxtlarda zəng edəcək, alqoritmlərə uyğun suallar ünvanlayacaqlar. Həmin suallara verilən cavablara əsasən, qrafiklər üzərində pasiyentlərin xəstəliyinin gedişatı barədə məlumatımız olacaq. İki həftə müddətində onlar simptomsuz şəkildə olsalar, müalicələrini evdə davam etdirəcəklər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR