Bakıda dördmərtəbəli binanın bir hissəsi uçub

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən binada uçqun hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 17:40 radələrində Nazim Hacıyev küçəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Əraziyə baxış keçirilərkən yaşayış olmayan dördmərtəbəli binanın bir hissəsində mənzillərin tavanının çökdüyü müəyyən edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.