AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskvada güclü yağış: yollar su altında qaldı

  • + A
  • - A
  • 21-06-2020, 18:00

    Moskvada güclü yağış: yollar su altında qaldı

    Moskvada güclü yağış və tufan nəticəsində 30-dan çox avtomobil yolu və iki piyada keçidi su altında qalıb, ağaclar kökündən çıxaraq aşıb.

    AzadMedia.az xəbər verir ki, gün ərzində Rusiya paytaxtında aylıq normanın 70 faizi qədər yağıntı qeydə alınıb. Nəticədə yollar və piyada keçidləri su altında qalıb.

    Moskvanın Varşava şosesini, Vernardskoe və Miçurinskoe prospektlərini və ətraf küçələri su basdığından avtomobillərin hərəkəti çətinləşib, bir çox küçə və həyətlərdə maşınlar su altında qalıb. Varşava şosesində yeraltı keçidi tamamilə su basıb. Bir neçə yerdə torpaq çokməsi qeydə alınıb, 10-dan çox ağac aşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR