AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səudiyyə Ərəbistanı OPEK+ ölkələrini neft müharibəsi ilə təhdid etdi

  • + A
  • - A
  • 2-07-2020, 14:40

    Səudiyyə Ərəbistanı OPEK+ ölkələrini neft müharibəsi ilə təhdid etdi

    Səudiyyə Ərəbistanı OPEK+ ölkələrini hasilatın azaldılması ilə bağlı razılaşmaları yerinə yetirməyəcəkləri halda neft müharibəsi ilə təhdid edib.

    Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

    Nəşrin mənbələrə istinadən yazdığına görə, Səudiyyə Ərəbistanının Energetika naziri, şahzadə Əbdüləziz bin Salman, bir müddət əvvəl Anqola və Nigeriyaya ultimatum verərək, yerinə yetirilməmiş öhdəliklərini kompensasiya etmək üçün əlavə hasilatın azaldılması planlarını təqdim etməsini istəyib.

    Nazir, həmçinin, bu ölkələrə xəbərdarlıq edib ki, Anqola və Nigeriyaya zərər vurmaq üçün aşağı qiymətə neft satışına başlaya bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR