AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zori Balayanın “Ocaq”da yandırdığı 100 yaşlı “Kamança”

  • + A
  • - A
  • 27-08-2020, 15:57

    Zori Balayanın “Ocaq”da yandırdığı 100 yaşlı “Kamança”

    Mirzə Cəlilin "Kamança” əsərində Şirzadı öldürən Vartanın törəməsi kimi Xankəndidə dünyaya gələn Zori Balayan "Ocaq” kitabı ilə ötən əsrin 80-ci illərində Qarabağda yenidən qanlı OCAQ qaladı. Dədə-baba ocağı söndürülən yüz minlərlə müsəlman türkü yurdundan didərgin düşdü. Z.Balayanın qaladığı qanlı “OCAQ” böyük Mirzə Cəlinin 100 il öncə "Kamança” sədası altında söndürmək istədiyi milli ədavət ocağı idi...

    1982-ci ildə İrəvanda Xalq Təsərrüfatı İnstitunun nəzdində fəaliyyət göstərən ixtisasartırma kursunda olarkən bizi Matenadaran muzeyinə və "soyqırım” abidəsinə ekskursiyaya apardılar. Kursda bizdən- Azərbaycandan gedən 20-dən çox əmanət işi üzrə müfəttişdən başqa gürcülər, abxazlar ruslar da var idi. Məhz SSRİ-nin "çiçəkləndiyi”, Kremlin Ağ evlə "qoç-qoç” oynadığı, necə deyərlər, büro-büro dövründə "soyqırIm” iddasıyla dünyaya haray-həşir salan ermənilər Azərbaycanın qədim şəhəri İrəvanda bu Memorial Kompleksi yararatmaqla qarşısıalınmaz məkrli missiyalarına rəvac vermişdilər.

    1965-ci il aprelin 23-də uydurma "erməni soyqırımı”nın 50 illiyi Ermənistanda qeyd edilməsi soydaşlarımızın yenidən öz doğma ata-baba torpaqlarında sıxışdırılmasına güclü təkan verdi. Bəli, düz 55 il əvvəl əsası qoyulan həmin Memorial Kompleks hiyləgər erməni millətçilərinin Avropa və Amerikada himayədar axtarmaq və onların qoltuğuna sığınaraq gələcəkdə dünya miqyasında antitürk təbliğatı aparmağa qarant oldu. "Erməni soyqırımı” Memorial Kompleksində müəyyən pauzalarla "matəm” müsiqisinə bənzəyən melodiya səsləndirilirdi... Bizi ora ixtisasartırma kursunda adına "müəllim” dediyimiz erməni "ziyalıları” aparmışdı.

    ...Aradan 38 il keçir. İndi həmin musiqini xatırlayanda istər-istəməz yadıma Cəlil Məmmədquluzadənin "Kamança" hekayəsi düşür. 1920-ci ildə Şuşada qələma aldığı "Kamança”da erməni Baxşının çaldığı dərdli-yanıqlı təranələr türkoğlu Qəhrəman yüzbaşının içindəki intiqam, QİSAS alovunu söndürürüb, ürəyini yumşaltdığı kimi, uydurma erməni soyqırımı abidəsinin önündə dayanan xristian, eləcə də bəzi müsəlman (yeri gəlmişkən, Livan bu qondarma soyqırımı tanıyan yeganə müsəlman ölkəsidi) dövlət başçılarının, baş nazirlərinin,

    diplomatlarının qəlbində həmin QƏMLİ musiqi "əzabkeş” ermənilərə qarşı "yazıqlıq” hissini oyadır...

    "Kamança”da Şirzadı öldürən Vartanın törəməsi, Xankəndidə dünyaya gələn Zori Balayanın "Ocaq” kitabı ötən əsrin 80-ci illərindən iki xalq arasında yenidən qanlı OCAQ qaladı. Bu, Mirzə Cəlinin 100 il öncə "Kamança” ilə söndürmək istədiyi milli ədavət ocağı idi.

    Mirzə Cəlilin "Kamança”sından 72 il sonra Xocalıdakı soyqırımını törədənlər bəlkə Qəhrəman yüzbaşının güzəşt ediyi erməni Baxşının nəvə-nəticələri idi?! Axı "Kamança” əsərində müəllif şəhid anası Zeynəbin dili ilə erməni Baxşıya üz tutaraq: "Vallah, fürsət tapsan sən də haman müsəlman qanına yerikləyən ermənilərin birisən!”-deyirdi və özündən sonra gələn nəsilləri – bizləri erməni vəhşiliyindən agah edirdi. Agah olduqmu?

    Məhz Xocalıya qədər ermənilər hər il aprelin 23-24-də Azərbaycan türklərini öldürmək üçün fürsət axtarırdılar. Və biz Zeynəb ANAnın o müdrik xəbərdarlığını Kremlin xalqlar dostluğu barədə "nağıllarına” qulaq asa-asa qulaqardı eləyirdik. Hətta 1967-ci ilin aprelində Xankəndində bir neçə azərbaycanlının qətlə yetirilməsi faktını belə başbilənlərimiz “peşəkarcasına” ört-basdır elədilər.

    Erməni qəddarlığına qarşı kini-kudurəti dayandıran, Qəhrəman yüzbaşının qəlbində humanist duyğular yaradan "Kamança”nın yazıldığından bu gün 100 il ötür. Deyirəm, xalqımız son zamanlar musiqiyə –xüsusilə, muğama çox qulaq asır. Telekanallar, radiolar səslənən nəğmələr erməninin DAĞ basdığı yaralı ruhumuza "məlhəm” qoyur, bizə bəşəri sevginin ləzzətini dadızdırır, sülh hissi aşılayır. Doğurdanmı sənət ədavəti, kini, qərəzi ortadan qaldırır? Bəs niyə adına sənət dediyimiz DÜNYANIN gözəl, həm də KLASSİK MUSİQİ nümunələri ermənilərin, onları himayə edən dövlət rəhbərlərinin, eləcə də ATƏT-in Minsk qrupunun (fransız-rus-amerkalı) həmsədrlərinin qəlbində humanist duyğuları oyatmır?

    P.S: Bəzən açıq havada uzaqdan görünən Xəzərdəki neft buruqlarına baxa-baxa düşünürəm: Alman faşizmi üzərində QƏLƏBƏDƏ və Avropanın böyük şəhərlərini Hitlerin zülmündən XİLAS edilməsində möhtəşəm rol oynayan Azərbaycan neftindən bu gün də gen-bol bəhrələnən qərb dövlətləri görəsən Qarabağın erməni faşistlərinin işğalı altında qalmasını necə "həzm” edirlər?

    Nurəddin ƏDİLOĞLU

    yazıçı -jurnalist


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR