AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin qətiyyətli çıxışı Ermənistanı düşünməyə vadar edəcək

  • + A
  • - A
  • 26-09-2020, 12:33

    Prezidentin qətiyyətli çıxışı Ermənistanı düşünməyə vadar edəcək

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda qətiyyətli çıxış etmişdir. Artıq 2 gündür ki, Prezidentin çıxışı dünyanın aparıcı media orqanlarının manşetlərində ön sıradadır. Cənab Prezident öz çıxışının çox bir hissəsini Ermənistan-Azərbaycan münaqişəsinə həsr edərək Ermənistan respublikasının 30 ildən artıq bir müddətdə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, danışıqlar prosesinin Ermənistan tərəfinin günahı üzündən heç bir nəticə vermədiyindən və son vaxtlar Azərbaycana qarşı törədilən hərbi təxribatlar barədə dünya ictimayyətinə ətraflı məlumat vermişdir.

    Cənab Prezident qeyd etmişdir ki, dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır.

    Cənab Prezidentin qətiyyətlə söylədiyi "Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!" fikirləri son zamanlar 5 rayonun qaytarılması, Qarabağa rus qoşunlarının yeridilməsi xülyasına verilmiş ən doğru və layiqli cavab oldu.

    Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edən məlum 4 qətnamələrinin icrası təmin olunmalıdır. Cənab Prezident çııxışında həmçinin Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilərək Azərbaycanlıların tarixi torpaqları olan Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu işğal edərək orda etnik təmizlənmə aparıldığını dünya ictimayyətinin nəzərinə çatdırmışdır. Qeyd olunmuşdur ki, Ermənistan tərəfindən 1992-ci ildə Xocalı soyqırımı törədilmişdir ki, onun nəticəsində 106-sı qadın və 63-ü uşaq olmaqla 613 dinc sakini qətlə yetirilmişdir.
    Daha sonra Ermənistan tərəfindən son illərdə Azərbaycana qarşı həyata keçirilən genişmiqyaslı hərbi təxribatlar barədə danışan cənab Prezident 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyulun 12-də həyata keçirilən növbəti təxribatlar nəticəsində hərbi qulluqçuların, dinc sakinlərin həlak olması və yaralanması və mülki infrstruktura ciddi zərər dəydiyini bildirmişdir. Lakin Azərbaycanın cavabı qətiyyətli olmuş və Ermənistan heç bir məqsədinə nail ola bilməmişdir.

    Cənab Prezident öz çıxışında Ermənistanın Beynəlxalq hüquq normalarını pozaraq işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasətini qəti surətdə pisləmiş və bu siyasətin 1949-cu ilin Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn ciddi surətdə pozulması kimi qeyd etmişdir.
    Azərbacanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir, söyləyən cənab Prezident öz çıxışında qeyd etmişdir ki, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata küçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırki status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Cənab Prezident qeyd etmişdir ki, sülhə nail olmaq üçün Azərbaycanın yeganə şərti var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

    Sevindirici haldır ki, cənab Prezidentin xarici siyasətdə apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində artıq dünya dövlətlərinin əksəriyyəti Ermənistanı işğalçı dövlət kimi tanıyır, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirlər. Uğurlu siyasət yolu bizi Qarabağa aparan yoldu.

    Artıq cənab Prezidentin başçılığı ilə öz haqq yolumuzdayıq, mənzil başına çatmağımıza çox qalmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR