AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Nazirin müavini cəbhəboyu yaşayış məntəqələrində olub

  • + A
  • - A
  • 26-09-2020, 20:00



    Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq qurumların nümayəndələri Tovuz, Ağstafa və Qazax rayonlarının cəbhəboyu yaşayış məntəqələrində olub.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, hökumət nümayəndələri cəbhəboyu yaşayış məntəqələrində içməli su, qaz, elektrik enerjisi ilə təminat, məktəb və tibb məntəqələrinin vəziyyəti ilə tanış olublar. Cəbhəboyu yaşayış məntəqələrində kommunal və sosial infrastrukturun təkmilləşdirilməsi və yenilərinin yaradılmasına dair konkret layihələr müzakirə olunub, müvafiq qurumlara konkret tapşırıqlar verilb.

    Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR