AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaradağda dəfn olunan şəhidlərin məzarları köçürülür

  • + A
  • - A
  • 30-01-2021, 22:00


    Bakının Yasamal rayonundan olan şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edən valideynlərin müraciəti araşdırılaraq öz həllini tapıb.

    AzadMedia.az xəbər verir ki, araşdırmanın nəticəsində şəhid məzarları İkinci Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanına köçürülür.

    Bu gün rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib.

    Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilir. Məlumata görə, məzarlar açılarkən şəhidlərin ailə üzvləri və yaxınları, rəsmi şəxslər də iştirak edib və məzarların daxilində hər hansı su axıntısı və sızıntısı müşahidə edilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR