AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhidlərin məzarları ziyarət edildi - Foto

  • + A
  • - A
  • 23-08-2020, 20:30

    Şəhidlərin məzarları ziyarət edildi - Foto

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Prezidentin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev, Milli Məclisinin sədr müavini Adil Əliyev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri — Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Arxiyepiskop Aleksandr və Dağ yəhudiləri dini icmasının başçısı Melix Yevdayev, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qəhrəman Vətən oğullarının xatirəsini yad etmək məramı ilə II Fəxri Xiyabanda olublar.

    Bu barədə "Qafqazinfo"ya QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin 40-cı anım günündə onların məzarları başında bütün Vətən şəhidlərimizin ruhları üçün Quran oxunub, Allahdan rəhmət dilənib və məzarlarına tər çiçəklər düzülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR