AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalistlərin Füzuli və Xocavənd səfəri başladı

  • + A
  • - A
  • 28-04-2021, 10:10



    Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün işğaldan azad olunan ərazilərə növbəti səfər başlayıb.

    Səfər Füzuli və Xocavənd rayonlarına təşkil olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, media nümayəndələri əvvəlcə Füzuli rayonunun İşıqlı kəndində məhv edilmiş təbiət abidəsi olan Şərq çinarı, Dövlətyarlı kəndində istismar olunmuş “Dövlətyarlı mişar daşı” yatağı ilə tanış olacaq. Paralel olaraq, Füzuli rayonunun Qaraməmmədli kəndində bir hektar sahədə ağaclar əkiləcək, “Köndələnçay-1" su anbarına balıq körpələri buraxılacaq".

    Daha sonra tədbir iştirakçıları Xocavənd rayonunda Azıx mağarası və 900 yaşlı şərq çinarına baxış keçirəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR