AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Hakan Fidanla Pakistanın XİN başçısı arasında telefon danışığı olub - KİV

  • + A
  • - A
  • 22-07-2023, 16:52

    Nazir Hakan Fidanla Pakistanın XİN başçısı arasında telefon danışığı olub -



    Türkiyənin xarici işlər naziri Hakan Fidanla Pakistanın XİN başçısı Bhutto Zardari arasında telefon danışığı olub.

    Azadmedia.az TurkicWorld-a istinadla xəbər verir ki, tərəflər telefon danışığı zamanı Taxıl Dəhlizi Sazişi barədə müzakirə aparıb.

    Məlumata əsasən, XİN rəhbərləri son zamanlar İsveç və Danimarkada Qurani-Kərimin yandırılması ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının hərəkətə keçməsinin zəruri olduğunu vurğulayıb.

    Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

    Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

    Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR