AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ və BMT Qara Dəniz Taxıl Sazişini davam etdirmək üçün göstərdiyi səyləri dəstəkləməyə davam edəcək - Borrel

  • + A
  • - A
  • 4-08-2023, 16:35

    Aİ və BMT Qara Dəniz Taxıl Sazişini davam etdirmək üçün göstərdiyi səyləri dəstəkləməyə davam edəcək -


    Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bəyan edib ki, Aİ Türkiye və Birləşmiş Millətlər Təşkilatının (BMT) Qara Dəniz Taxıl Sazişini davam etdirmək üçün göstərdiyi səyləri dəstəkləməyə davam edəcək.

    Azadmedia.az xəbər verir ki, bu barədə Cozep Borrel rəsmi ''Twitter'' səhifəsində paylaşım edib.

    Belə ki, "Rusiya ərzaqdan silah kimi istifadə etməyi dayandırmalıdır. Biz Rusiyanı Qara dəniz taxıl sazişinə qayıtmasını təmin etməliyik'', - deyə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi paylaşımında qeyd edib.

    Həmçinin Cozep Borrel İngiltərənin "The Guardian" qəzeti üçün qələmə aldığı məqalədə Rusiyanın keçən ay razılaşmadan çıxmasının buğda və qarğıdalı qiymətlərində ani artıma səbəb olduğuna diqqət çəkib.

    Bundan əlavə, Cozep Borrel bildirib ki, Rusiya müqavilədən çıxdiqdan sonra Ukraynanın taxıl anbarlarını və liman infrastrukturunu hədəf alıb.

    Qeyd edək ki, Cozep Borrel deyib: “Biz Türkiye və Birləşmiş Millətlər Təşkilatının Qara Dəniz Taxıl Sazişini davam etdirmək üçün göstərdiyi səyləri dəstəkləməyə davam edəcəyik''.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR