Taxıl dəhlizinin bağlanması fonunda Rusiyanın altı Afrika ölkəsinə vəd etdiyi pulsuz taxıl kifayət etməyəcək.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Belə ki, Blinken qeyd edib ki, taxıl dəhlizinin fəaliyyəti zamanı 20 milyon ton taxıl ixrac edilib və Rusiyanın hazırkı təklifi yalnız 50 min tondur:
“Rusiyanın vəd etdiyi dəryada bir damladır. Bu, problemi həll etmir, taxılın bahalaşmasının qarşısını almayacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.