Urmiya gölünün quruması məsələsi siyasiləşdirilərək hakimiyyətə qarşı istifadə edilir.
Azadmedia.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Ramazan Şərif deyib.
Belə ki, SEPAH sözçüsü son 800 il ərzində dünyada Urmiya gölü kimi bir çox göllərin quruduğunu bildirib:
Qeyd olunub ki, “Bu kimi hadisə yalnız İranda baş vermir. Gölün qurumasında hakimiyyətin günahı yoxdur. Bu məsələdən istifadə edərək İranı gücsüz göstərmək istəyirlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.