BMT Ekvador prezidentliyinə namizəd Fernando Villavicencionun öldürülməsini qətiyyətlə pisləyib və yerli hüquq-mühafizə orqanlarını hadisəni hərtərəfli araşdırmağa çağırıb.
Azadmedia.az Xarici KİV-ə istinadən bildirir ki, Bu barədə BMT Baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq bildirib.
Belə ki, o, Ekvadorda təhlükəsizlik vəziyyətinin pisləşməsini, mütəşəkkil cinayətkarlıq problemini və onunla mübarizə üçün milli və beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyini dilə gətirib.
Həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk artan zorakılıq səbəbi ilə Ekvador və onun vətəndaşlarının üzləşdiyi problemlərdən danışıb. O qeyd edib ki, dövlət siyasi namizədlərin, məmurlarının və media işçilərinin müdafiəsini gücləndirməlidir.
Qeyd edək ki, F.Türk bu kimi çirkin əməllərin təkrarlanmaması üçün insanların həm həyatının, həm də ləyaqətinin qlobal insan haqları meyarlarına uyğun şəkildə qorunmasının vacibliyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.