Səudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əs-Sudeyri eyni zamanda Fələstinə səfir təyin edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Belə ki, “Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Naif əs-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib - Fələstin Dövlətində eyni vaxtda səfir və Qüds şəhərindəki baş konsul kimi”, - deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, bununla Sudeyri Fələstində Səudiyyə Ərəbistanının maraqlarını təmsil edən ilk diplomat olub. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında reallaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.