AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Xəncər-2023” xüsusi əməliyyat təliminin ikinci mərhələsi oldu - MN

  • + A
  • - A
  • 15-08-2023, 11:04

    “Xəncər-2023” xüsusi əməliyyat təliminin ikinci mərhələsi oldu -


    Qazaxıstan və Özbəkistanın hərbi birləşmələri terrorçu ünsürlərə qarşı birgə təlim keçirib.

    Azadmedia.az bildirir ki, Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, iki ölkə arasında “Xəncər-2023” xüsusi əməliyyat təliminin ikinci mərhələsi olub.

    Belə ki, Müdafiə nazirləri Qazaxıstanın Manqistau vilayəti sərhədlərində keçirilən təlimi izləyiblər.

    Həmçinin təlim ssenarisinə əsasən, Qazaxıstan və Özbəkistan hərbi birləşmələri bölgədə fəaliyyət göstərən beynəlxalq terror təşkilatının ünsürlərinə qarşı birgə əməliyyat keçirib.

    Qeyd edək ki, Mərkəzi Asiyada hərbi təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyan təlimdə Mi-8, Mİ-35 helikopterləri, SU-30SM təyyarələri və “Skylark 1LEX” pilotsuz uçuş aparatları ilə yanaşı çoxlu sayda piyada döyüş maşını, artilleriya və zenit sistemlərindən istifadə edilib.

    Birgə təlimin birinci mərhələsi avqustin əvvəlində Özbəkistanda keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR