“Nüvə dövlətlərinin birbaşa hərbi toqquşması təhlükəsi xeyli artıb”.
Azadmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
Belə ki, onun sözlərinə görə, bunun günahkarı Qərbdir: “Qərb Ukraynada münaqişəni qızışdırır. Onlar Rusiyanı cilovlamağa çalışırlar. Bu məqsədlə ABŞ, NATO və Avropa İttifaqı Ukraynaya getdikcə daha müasir silahlar verirlər. Bu isə silahların dünyada nəzarətsiz şəkildə yayılmasına səbəb olur”.
Həmçinin Lavrov qeyd edib ki, Qərb dövlətlərinin bu siyasəti məsuliyyətsiz və avantürist davranışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.