Birləşmiş Millətlər Təşkilatının Liviyadakı missiyası (UNSMIL) Liviyanın paytaxtı Tripolidə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalara son qoymağa çağırıb.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Liviyadakı missiyasının yaydığı bəyanatda dünən gecədən etibarən Tripolidədə yaşanan qarşıdurmaların narahatlıqla izləndiyi bildirilib.
Belə ki, Bəyanatda qarşıdurmaların Liviyadakı siyasi prosesə də mənfi təsir göstərəcəyi vurğulanıb.
Həmçinin "Zorakılıq münaqişələrin həlli vasitəsi kimi qəbul edilə bilməz. Bütün tərəflər problemləri dialoq yolu ilə həll etməlidir",-deyə bəyanatda qeyd olunub.
Liviya Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bildirilib ki, qarşıdurma səbəbindən Tripolidə qapalı qalanlar təxliyə olunmaları ilə əlaqədar çağırış ediblər.
Məlumatda qarşıdurmaların mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrində yaşandığı bildirilib. Münaqişə tərəflərinə mülki şəxslərin təxliyəsi üçün təhlükəsiz dəhlizlər yaratmaları və müvafiq səhiyyə işçilərinin keçidinə icazə vermələri ilə əlaqədar çağırış edilib.
Qeyd edək ki, Liviya Səhiyyə Nazirliyinin Təcili Yardım Söbəsinin sözçüsü Usamə Əli dünən münaqişənin yaşandığı bölgələrdən 26 ailənin təxliyə edildiyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.