AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev erməniləri susdurdu

  • + A
  • - A
  • 17-08-2023, 01:13

    Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev erməniləri susdurdu

    Azadmedia.az Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin erməniləri susduran möhtəşəm açıqlamalarını təqdim edir:

    Yaşar Əliyev: Əgər Ermənistan həqiqətən də rayonun sadə sakinlərini düşünsəydi, o zaman Ağdam-Xankəndi yolu ilə Qarabağ bölgəsinə yüklərin çatdırılmasına heç vaxt etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından biri olan “İpək Yolu” və ya M2 kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqələri təmin edən magistral yolu ilə birləşir. Dağ serpantinləri ilə uzanan 59 km-lik Laçın-Xankəndi yolu ilə müqayisədə bu yolun Ağdamla Xankəndi arasında uzunluğu cəmi 18 km-dir. Bu gün Ağdama səfəri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin rezident əlaqələndiricisinin ofisi və BMT-nin digər strukturlarının nümayəndələri yolun işləməsi və yüklərin daşınmasına hazırlığının şahidi olublar

    ***

    Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev:

    “Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır.

    30 ilə yaxındır ki, məhz Ermənistan 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayıb. Bu kontekstdə Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi ikiüzlülüyün təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün bir neçə ay davam edən kampaniyanın bir hissəsidir”.


    ***
    Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev

    “Soyqırım iddiaları da bir o qədər əsassız və yalandır. Ermənistanın Azərbaycana qarşı apardığı manipulyativ, məkrli kampaniya özünü müstəqil ekspert kimi təqdim edən Luis Moreno Okamponun qondarma “nəticə”sində də öz əksini tapıb. Bu yaxınlarda tanınmış beynəlxalq hüquq eksperti Rodney Dixon ilkin hesabatında iddialarının yanlışlığına işarə etdi.

    Cənab Diksonun yekununda qeyd edildiyi kimi, Moreno Okamponun irəli sürdüyü iddialar əsassız, natamam və qeyri-dəqiqliklərlə doludur. Beləliklə, Azərbaycanın Qarabağ bölgəsində soyqırım törədilməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Konkret olaraq, cənab Dikson hesab edir ki, Okamponun gəldiyi nəticə “faktlara” açıq-saçıq selektiv yanaşır, xüsusən də nəticənin seçmə xarakteri bir daha sübut edir ki, burada Azərbaycanın alternativ yollardan istifadə etmək təklifini Ermənistanın rədd etməsi qeyd olunmur.

    Humanitar bəhanə ilə bu cür manipulyasiyalar qeyri-qanuni və təxribat xarakterli hərbi fəaliyyətlərin artması ilə eyni vaxtda baş verir. Son həftələr ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni qalması beynəlxalq hüququn, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin noyabrda üçtərəfli Bəyanatının 4-cü bəndində nəzərdə tutulmuş Ermənistanın üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır”.
    Qeyd: Çıxışların mətni Əziz Əlibəylinin şəxsi facebook səhifəsindən götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR