AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Macarıstanın xarici işlər naziri: Prezident İlham Əliyev həftəsonu Budapeştə səfər edəcək

  • + A
  • - A
  • 18-08-2023, 16:37

    Macarıstanın xarici işlər naziri: Prezident İlham Əliyev həftəsonu Budapeştə səfər edəcək


    Azərbaycan prezidenti İlham Əliyev həftəsonu Macarıstanın paytaxtı Budapeşt şəhərinə səfər edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijarto bildirib.

    Onun sözlərinə görə, ölkəyə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovinanın liderləri, eləcə də Çexiya, Avstriya və Sloveniyanın keçmiş baş nazirləri də gələcək.

    "Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistan prezidentləri burada, Budapeştdə olacaqlar", - Sijarto mətbuat konfransında deyib.

    Macarıstanda avqustun 20-də dövlətin yaranmasının milli bayramı - Müqəddəs Stefan Günü qeyd olunur. Bundan əlavə, avqustun 19-da Budapeştdə atletika üzrə dünya çempionatı start götürəcək.

    Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban həftə sonu Qətər əmiri, Serbiya və Türkiyə prezidentləri, eləcə də iş adamları da daxil olmaqla, 10-dan çox ikitərəfli görüş keçirəcəyini bildirmişdi.

    Onun sözlərinə görə, həftəsonu Bosniya və Herseqovina prezidenti Milorad Dodik və Bosniya və Herseqovina Rəyasət Heyətinin nümayəndəsi, həmçinin Avstriya, Sloveniya və Çexiyanın keçmiş hökumət başçıları da Budapeştə səfər edəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR