Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə ali komissarı Volker Türk Nigerdə demokratiyanın və ən müdafiəsiz insanların həyatının təhlükədə olmasına görə narahat olduqlarını bildirib.
Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Volker Türk verdiyi açıqlamada Niger xalqının keçən ay ordunun Nigerdə hakimiyyəti ələ keçirməsi səbəbindən daha çox səfalətlə üzləşdiyini bildirib.
Belə ki, hərbi idarəni konstitusiya quruluşunu dərhal bərpa etməyə çağıran Volker Türk deyib: "Niger iqlim dəyişikliyinə qarşı ən müdafiəsiz və dünyanın ən yoxsul ölkələrindən biridir. Niger xalqı uzun illər ərzində çox əziyyət çəkib".
Həmçinin Volker Türk Nigerdə demokratiyanın və ən müdafiəsiz insanların həyatının təhlükədə olmasına görə narahat olduqlarını bildirib.
Qeyd edək ki, Niger xalqının səfalətə son qoymaq üçün seçdiyi insanların konstitusiya quruluşuna zidd olaraq çevrilişçilər tərəfindən zorla devrildiyini və həbs edildiyini vurğulayan Volker Türk deyib: ''Onlar dərhal azad edilməli və demokratiya bərpa edilməlidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.