Mali və Burkina Faso Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin mümkün hərbi müdaxiləsinə qarşı Nigerə döyüş təyyarələri göndərib.
Niger dövlət televiziyası RTN-də yayımlanan xəbərdə Mali və Burkina Fasonun Nigerlə həmrəy olduğu, bu ölkəyə döyüş təyyarələri göndərdiyi qeyd edilib.
Həmçinin xəbərdə bu ifadələrə yer verilib: “Mali və Burkina Faso Nigerə təyyarərələr göndərərək yayımlanan birgə bəyannamədəki öhdəliklərini konkret fəaliyyətə çevirdilər”.
Xəbərdə Mali və Burkina Fasonun Nigerə “Super Tucano” tipli döyüş təyyarələri göndərdiyi qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.