XOCALI SOYQRIMINA 2 GÜN QALIRDI
Bu gün fevralın 24-dü. İki gündən sonra əsrin ən dəhşətli hadisəsi olan Xocalı soyqrımının törədilməsinin 33-cü ili tamam olacaq.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyilə Xocalı şəhərini işğal edərək dinc əhaliyə azərbaycanlılara qarşı soyqrımı törədib. Bu soyqrım həm də insanlıq tarixində qara və silinməz ləkədir.
Hər il həm də Xocalı şahidlərinin gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib bütöv fevralını yaşamış oluruq. Müsahibim Xocalı şahidi Valeh Əliyev AzadMedia.az-a açıqlamasında 1992-ci ilin 24 fevralını xatırlayaraq deyir ki, soyqrımın ermənilər tərəfindən törədilməsi gözlənilən idi.
“Həmin vaxtlarda sakinlər yalnız ov tüfəngləri vasitəsilə erməni hücumlarına qarşı müqavimət göstərirdilər. Vəziyyət gərgin idi. İnsanlar əliyalın idi. Fevralın 23-nə qədər insanlar ümidli idilər ki, onlara kömək olunacaq. Amma heç bir kömək olmadı. Xocalı soyqırımından bir neçə gün öncə milli qəhrəman Aqil Quliyevin rəhbərliyi ilə 21 nəfərdən ibarət kiçik dəstə Xocalıya köməyə gəlir. Həmin döyüşçülərdən 5 nəfəri müxtəlif səbəblərə görə vertolyotla Ağdam kçir geri qayıda bilmirlər. Ümumilikdə Xocalıda cəmi 341 nəfər döyüşüb”.
Artıq Xocalı azaddır. Azərbaycan dövləti və onun rəhbəri Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı tarixi ədaləti də bərpa etdi.
44 günlük Vətən müharibəsi zamanı Xocalının bir neçə kəndi düşməndən azad edilib. Bu tarixi salnamənin yekunu olaraq 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri zamanı Xocalının və bütün kəndlərinin tam işğaldan azad olundu. 31 illik işğaldan sonra yenidən Xocalı şəhəri Azərbaycana qovuşdu.