AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"OBA" marketlər şəbəkəsində partlayış baş verdi - Yenilənib

  • + A
  • - A
  • Bu gün, 08:52

    "OBA" marketlər şəbəkəsində partlayış baş verdi  - Yenilənib


    YENİLƏNİB Bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib. Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır. Qeyd edək ki, "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir. Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq. Xəsarət alanlara Allahdan şəfa diləyirik.

    ***

    Bu gün səhər saat 06:45 radələrində "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib. Azadmedia.az xəbər verir ki, bu barədə "OBA" marketlər şəbəkəsinin mətbuat xidmətindən məlumat verilib.
    İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində "OBA"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR