AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

  • + A
  • - A
  • 26-05-2025, 23:46

    Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

    Jukovski və Kaluqa Qrabtsevo hava limanlarında müvəqqəti uçuş məhdudiyyətləri aradan qaldırılıb. Bu barədə Rusiya Aviasiyasının mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.

    O vurğulayıb ki, məhdudiyyətlər mülki hava gəmilərinin təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.

    Bundan əvvəl isə “Türk Hava Yolları”nın paytaxt hava limanlarında məhdudiyyətlər səbəbindən Moskvaya uçuşları müvəqqəti olaraq ləğv etdiyi bildirilirdi.

    “Pegas Touristik” turoperatorunun baş direktoru Anna Podqornayanın sözlərinə görə, bortda uçuşların statusu texniki səbəblərdən “ləğv edilmiş”dən “gecikmiş”ə dəyişir. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra uçuşlar yenilənmiş vaxtla həyata keçirilir.

    Mayın 25 və 26-da Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında tətbiq olunan vaxt məhdudiyyəti səbəbindən 32 təyyarə ehtiyat aerodromlara göndərilib. Rosaviasiya nümayəndəsi vurğulayıb ki, gecikmələrə baxmayaraq, hava limanlarında vəziyyət sakitdir, sərnişinlərin kütləvi toplaşması yoxdur. O qeyd edib ki, mülki aviasiyanın məhdudiyyətlər şəraitində işləməsi Nəqliyyat və Aviasiya Nazirliyinin xüsusi nəzarətindədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR